...

Filippində daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

Dünya xəbərləri Materials 28 Dekabr 2022 08:01 (UTC +04:00)
Filippində daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

Bakı. Trend:

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 25 nəfər ölüb, 26 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şuranın hesabatında bildirilib.

Qeyd olunub ki, ölkənin 10 rayonunda 393 mindən çox insan daşqınlardan zərər çəkib.

Məlumata əsasən, 81,4 min məcburi köçkün 292 təxliyyə məntəqəsindədir. Ən azı 1,42 min insan evlərini əvvəlcədən tərk edib. Eyni zamanda, 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti