...

Boliviya polisi hakimiyyətin etirazçılara dəstək verdiyi bölgənin qubernatorunu saxlayıb

Dünya xəbərləri Materials 29 Dekabr 2022 03:13 (UTC +04:00)
Boliviya polisi hakimiyyətin etirazçılara dəstək verdiyi bölgənin qubernatorunu saxlayıb

Bakı. Trend:

Boliviya polisi bir aydır ki, regional hakimiyyət tərəfindən dəstəklənən hökumət əleyhinə etirazların keçirildiyi Santa-Kruz departamentinin qubernatorunu saxlayıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin daxili işlər naziri Karlos del Kastilyo özünün "Twitter" səhifəsində yazıb.

"Boliviya xalqına məlumat veririk ki, Boliviya polisi cənab Luis Fernando Kamaço haqqında həbs orderini icra edib", - deyə nazir bildirib.

DİN rəhbəri saxlanılmanın səbəbini aqçıalamayıb.

Qeyd edək ki, oktyabrın sonunda Santa-Kruz departamentində siyahıyaalmanın erkən aparılması tələbi ilə etirazlar başlayıb. Region demoqrafik məlumatların yenilənməsində maraqlıdır, çünki büdcədən ayrılan vəsaiti və parlamentdə təmsilçilik üçün kvotaları artırılmasını gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti