...

Filippində daşqınlar nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb

Dünya xəbərləri Materials 1 Yanvar 2023 08:02 (UTC +04:00)
Filippində daşqınlar nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb

Bakı. Trend:

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 49 nəfər ölüb, 16 nəfər yaralanıb və 22 nəfər itkin düşüb.

Trend "TASS"a istinadən xəbər verir ki, daşqınlar ölkənin 10 regionunda 553 mindən artıq insana təsir edib.

Məlumata əsasən, 51,4 min nəfər 93 təxliyə mərkəzində qalır, 1,42 min nəfər öncədən evini tərk edib.

Təbii fəlakət 4,5 min evə 54,8 milyon peso (985,8 min dollar) məbləğində ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti