...

Meksikada həbsxanaya silahlı hücum nəticəsində 17 nəfər ölüb

Dünya xəbərləri Materials 3 Yanvar 2023 01:39 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın şimalındakı Çihuahua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanaya silahlı hücum olub.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi regionun prokurorluğundan bildirilib.

Məlumata əsasən, silahlı hücum nəticəsində 17 nəfər ölüb.

"10 gözətçi və 7 məhbus həlak olub, daha 3 işçi və 10 məhkum yaralanıb", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, insident zamanı həbsxanadan 27 məhbus qaçıb, lakin daha sonra onlardan 25-i saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti