Bakı. Trend:
Tailand ölkəyə gələnlərdən COVID-19 peyvəndi ilə bağlı sənəd tələb edəcək.
Trend xəbər verir ki, bu tələb yanvarın 9-dan etibarən reyslərlə gələn sərnişinlərə şamil ediləcək.
Məhdudiyyət azı yanvarın sonuna qədər qüvvədə qalacaq.
2022-ci ilin oktyabrında turistlərin peyvəndi təsdiq edən sənədi göstərmə tələbi ləğv edilsə də, Çində koronavirusa yoluxma hallarının sayının artması fonunda bu məhdudiyyət yenidən qüvvəyə minib.