...

Niderlandda matçlara qanunsuz mərc edən 27 futbolçu müəyyən edilib

Dünya xəbərləri Materials 16 Yanvar 2023 03:54 (UTC +04:00)
Niderlandda matçlara qanunsuz mərc edən 27 futbolçu müəyyən edilib

Bakı. Trend:

Niderland hakimiyyəti son aylarda özlərinin və ya klublarının iştirak etdiyi yarışlarda mərc edən 27 oyunçunu müəyyən edib.

Trend-in məlumatına görə, bu barədə Niderland Televiziya və Radio Yayım Korporasiyası Qumar Oyunları üzrə İdarəsinin xüsusi bölməsi tərəfindən hazırlanmış hesabata istinadən xəbər verib.

Qeyd olunub ki, bu cür hərəkətlər cinayət məsuliyyəti daşıyır. Söhbət ali liqada və ya birinci divizionda çıxış edən 25 peşəkar futbolçudan, ikinci divizionda çıxış edən iki həvəskar idmançıdan gedir.

Məlumata görə, bəzi futbolçular özlərinin, bəziləri isə öz liqalarında, lakin rəqib komandaların iştirakı ilə keçirilən matçlara mərc ediblər. Bundan əlavə, hər iki növ mərc edən oyunçular müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti