...

Peruda universitet binasında barrikada quran 200-dən çox etirazçı saxlanılıb

Dünya xəbərləri Materials 22 Yanvar 2023 04:31 (UTC +04:00)

Bakı. Trend:

Peru polisi Limada universitet binasında barrikada quran etirazçıları qovarkən 200-dən çox insanı saxlayıb.

Trend-in məlumatına görə, bu barədə "RPP" radiostansiyası Ali Prokuror Alfonso Barreneçeaya istinadən bildirib.

Məlumata əsasən, saxlanılan şəxslər Terrorla Mübarizə İdarəsi və Cinayət Axtarış Şöbəsinə aparılıb, onların gələcək prosessual vəziyyəti müəyyən ediləcək.

Etirazçılar yanvarın 18-dən San Markos Baş Milli Universitetinin binasında olublar. Peru Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, təhsil müəssisəsinin rəhbərliyi binanı nümayişçilərdən boşaltmağı xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti