Bakı. Trend:
Fransa və Almaniya qaz alqı-satqısının ümumi mexanizmlərini birgə hazırlamaq barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron bazar günü Almaniya kansleri Olaf Şolzla keçirdiyi mətbuat konfransında deyib.
"Biz qaz alışının ümumi mexanizmləri üzərində birgə işləmək qərarına gəldik", - deyə Fransa prezidenti bildirib.
Eyni zamanda Fransa prezindeti Barselona ilə Marsel arasında yaradılan hidrogen kəmərinin marşrutunun Almaniyaya qədər uzadılacağını açıqlayıb.