...

Slovakiyada növbədənkənar parlament seçkiləri sentyabrın 30-da keçiriləcək

Dünya xəbərləri Materials 23 Yanvar 2023 05:48 (UTC +04:00)
Slovakiyada növbədənkənar parlament seçkiləri sentyabrın 30-da keçiriləcək

Bakı. Trend:

Slovakiyada növbədənkənar parlament seçkiləri 2023-cü il sentyabrın 30-da keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə "Pravda" xəbər portalı ölkənin baş naziri vəzifəsini icra edən Eduard Hegerə istinadən bildirib.

Slovakiya Milli Şurasında (parlamentində) çoxluğa sahib olan liberal partiyaların liderləri seçkilərin vaxtı ilə bağlı razılığa gəliblər.

Bundan əvvəl onlar respublikanın hökumət koalisiyasını təşkil edirdilər, lakin bir neçə ay əvvəl əhəmiyyətli fikir ayrılıqlarına görə əməkdaşlığı dayandırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti