...

Bayden Ukraynaya 31 “Abrams” tankının veriləcəyini açıqlayıb

Dünya xəbərləri Materials 25 Yanvar 2023 21:22 (UTC +04:00)
Bayden Ukraynaya 31 “Abrams” tankının veriləcəyini açıqlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Ukraynaya Amerika istehsalı olan 31 ədəd "M1 Abrams" tankı, eləcə də digər avadanlıqların verilməsini rəsmən elan edib.

Trend xəbər verir ki, C.Bayden bu barədə Ağ Evdə çıxışı zamanı açıqlama verib.

"Bu gün mən ABŞ-ın Ukraynaya bir Ukrayna batalyonuna bərabər olan 31 "Abrams" tankı göndərəcəyini elan edirəm", - deyə ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, o, bunu müdafiə naziri Lloyd Ostinin tövsiyəsi ilə edib.

"Abrams" tankları dünyanın ən güclü tanklarıdır və onları idarə etmək və saxlamaq olduqca çətindir. Buna görə də biz Ukraynanı bu tankları döyüş meydanında effektiv şəkildə dəstəkləmək üçün lazım olan ehtiyat hissələri və avadanlıqla təmin edəcəyik", - deyə C.Bayden bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti