Bakı. Trend:
Qazaxıstanın Almatı şəhərində baş vermiş avtomobil qəzasında 3 nəfər həlak olub.
Trend xəbər verir ki, sürücünün idarəetməni itirməsi ilə avtomobil yoldan çıxıb və dirəyə çırpılaraq iki yerə bölünüb.
Faktla bağlı araşdırma aparılır.