...

Kaliforniyada atışma olub, 3 nəfər həlak olub

Dünya xəbərləri Materials 29 Yanvar 2023 05:48 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) silahlı insident baş verib.

Trend xəbər verir ki, bu barədə şəhərin polis idarəsinə istinadən "Los Angeles Times" qəzeti məlumat yayıb.

Məlumata əsasən, atışma nəticəsində 3 nəfər həlak olub.

"Şənbə günü səhər Los-Ancelesin dəbdəbəli Benedikt Kanyonu rayonunda baş verən atışmada azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb", - deyə polisin məlumatında bildirilir.

Ölənlərin avtomobilin içərisində olduğu, yaralananların isə küçədə olduğu qeyd edilir. Şübhəli və ya şübhəlilərin hələ də tapılmadığı qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti