...

Pakistanda partlayış olub, həlak olanlar var

Dünya xəbərləri Materials 30 Yanvar 2023 14:02 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın Pişəvər şəhərində məsciddəki partlayış nəticəsində ən azı 17 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Geo-TV telekanalı səhiyyə və təhlükəsizlik xidməti nümayəndələrinə istinadən xəbər verib.

Məlumata görə, 90-dan çox zərərçəkmiş xəstəxanaya yerləşdirilib, 10 nəfərin vəziyyəti ağırdır.

Daha əvvəl Reuters agentliyinin yerli xəstəxana nümayəndəsi Məhəmməd Asimə istinadən bildirdiyinə görə, zərərçəkmişlər Lady Reading xəstəxanasına yerləşdirilib.

Bundan əvvəl Geo-TV telekanalı ən azı 50 nəfərin xəsarət aldığını bildirmişdi. Məlumatda məscidin yerli polis məntəqəsinin yanında yerləşdiyi deyilir. Təhlükəsizlik xidməti partlayışın günorta namazı zamanı kamikadzenin özünü partlatması nəticəsində baş verdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti