...

ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini qaldırıb

Dünya xəbərləri Materials 2 Fevral 2023 00:41 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz artırıb.

Trend-in məlumatına görə, bununla da uçot faiz dərəcəsi 4,50-dən 4,75 faizə çatdırılıb.

Bildirilib ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) bütün üzvləri uçot dərəcəsinin artırılması barədə qərarı dəstəkləyiblər.

Qeyd edək ki, 2022-ci ildə FED uçot dərəcəsini yeddi dəfə artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti