...

Respublikaçı senatorlar Rusiya və İran arasında atom enerjisi üzrə əməkdaşlığa qadağa qoymaq istəyirlər

Dünya xəbərləri Materials 4 Fevral 2023 09:49 (UTC +04:00)
Respublikaçı senatorlar Rusiya və İran arasında atom enerjisi üzrə əməkdaşlığa qadağa qoymaq istəyirlər

Bakı. Trend:

Amerikalı respublikaçı senatorlar ABŞ administrasiyasına atom enerjisi sahəsində Rusiya-İran əməkdaşlığına icazə verən lisenziyanın müddətini uzatmağı qadağan edən qanun layihəsi təqdim etməyi planlaşdırırlar.

Trend-in məlumatına görə, bu barədə "The Washington Free Beacon" portalı hakimiyyətdəki mənbələrə istinadən xəbər verib.

Senator Ted Kruzun təklif etdiyi qanun layihəsinin hər iki partiya tərəfindən geniş dəstək alacağı gözlənilir.

Qanun layihəsinin məqsədi Rusiyanın İranın bir neçə nüvə obyektində iştirakına, o cümlədən, Arak şəhərindəki nüvə reaktorunda hazırda aparılan yenidənqurma və modernizasiya işlərinə, Buşer AES-də birgə əməliyyatlara və personalın təliminə, həmçinin, ağır suyun nasoslanmasına və saxlanmasına qadağa qoymaqdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti