...

Türkiyədə zəlzələdən zərərçəkənlərin bir qismi vaqonlara yerləşdirilib

Dünya xəbərləri Materials 7 Fevral 2023 12:15 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəz Kahramanmaraş olan zəlzələdən zərər çəkən Adana, Mersin, Osmaniye, İskenderun, Diyarbəkir, Elazığ və Malatyada 3 min 400 nəfər vaqonlarda yerlə təmin edilib.

Trend bu barədə DHA- ya istinadən xəbər verir.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi zəlzələdən zərər çəkmiş əyalətlərdə 3400 nəfərin vaqonlarda yerlə təmin olunduğunu açıqlayıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti