...

Türk Hava Yolları 900-a yaxın insanı zəlzələ bölgəsindən təxliyyə edəcək

Dünya xəbərləri Materials 7 Fevral 2023 21:42 (UTC +04:00)
Türk Hava Yolları 900-a yaxın insanı zəlzələ bölgəsindən təxliyyə edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türk Hava Yolları (THY) Türkiyədə zəlzələ bölgəsi olan Adıyamandan 900-a yaxın insanı təxliyyə edəcək.

Trend-in məlumatına görə, bunu THY idarə heyəti sədri Ahmet Bolat keçirdiyi brifinq zamanı deyib.

“Sabah 240 səfər təşkil ediləcək. Bölgələrə 1300 ton humanitar yardım çatdırılacaq”,- deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti