...

Huron gölü üzərində obyektin vurulması əmri Bayden tərəfindən verilib

Dünya xəbərləri Materials 13 Fevral 2023 02:53 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da Huron gölü üzərində uçan obyekt prezident Co Baydenin əmri ilə vurulub.

Trend xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat verib.

Onun sözlərinə görə, prezident C.Bayden “naməlum obyektin vurulmasını əmr edib”.

Mənbə bildirib ki, naməlum obyekt fevralın 11-də Montana ştatı üzərində görünüb. Fevralın 12-si sözügedən obyekt ABŞ hərbçiləri tərəfindən vurulub.

Qeyd edək ki, bundan öncə də ABŞ səmasında 3 digər obyekt vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti