...

Huron üzərində vurulan obyekt əhəmiyyətli hərbi obyektlərin yaxınlığından uçub - Pentaqon

Dünya xəbərləri Materials 13 Fevral 2023 04:18 (UTC +04:00)

Bakı. Trend:

Bazar günü ABŞ hərbçiləri tərəfindən ölkənin şimalındakı Huron gölü üzərində hava məkanında vurulan obyekt "potensial kəşfiyyat imkanlarına görə" təhlükə yaradırdı, çünki o, mühüm milli təhlükəsizlik əhəmiyyəti olan hərbi obyektlərin yaxınlığından uçurdu.

Trend xəbər verir ki, bu barədə Pentaqonun açıqlamasında deyilir.

"Uçuş yolunu və mövcud məlumatları nəzərə alaraq, bu obyekti Montana üzərindəki hava məkanında qəbul edilən radar siqnalı ilə əsaslı şəkildə əlaqələndirə bilərik: həmin obyekt Müdafiə Nazirliyinin milli təhlükəsizlik baxımından həssas obyektlərinin yaxınlığından uçub", - deyə açıqlamada bildirilir.

Bildirilir ki, sözügedən naməlum obyekt heç bir yerüstü hədəf üçün birbaşa hərbi təhdid yaratmayıb, lakin onun uçuşların təhlükəsizliyi baxımından, həmçinin potensial kəşfiyyat imkanlarına görə təhlükə yaratdığı düşünülür.

Xatırladaq ki, naməlum obyekt fevralın 11-də Montana ştatı üzərində görünüb. Fevralın 12-si sözügedən obyekt ABŞ hərbçiləri tərəfindən vurulub.

Qeyd edək ki, bundan öncə də ABŞ səmasında 3 digər obyekt vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti