...

Tesla əməkdaşları şirkət tarixində ilk tətili planlaşdırırlar

Dünya xəbərləri Materials 14 Fevral 2023 16:26 (UTC +04:00)
Tesla əməkdaşları şirkət tarixində ilk tətili planlaşdırırlar

Bakı. Trend:

Amerikanın elektromobil istehsalçısı Tesla-nın əməkdaşları əməkhaqqını qaldırmaq tələbi ilə şirkət tarixində ilk tətili keçirməyi planlaşdırırlar.

Trend-in məlumatına görə, bu barədə Bloomberg agentliyi xəbər verir.

Məlumata görə, Nyu-York ştatının Buffalo şəhərində yerləşən zavodun işçiləri daha sonra tətil keçirmək məqsədilə həmkarlar ittifaqında birləşməklə bağlı kampaniya başladıblar. Agentliyin bildirdiyinə görə, Tesla rəhbərliyi indiyədək ABŞ-dəkı zavodlarında həmkarlar ittifaqının yaradılmasına uğurla müqavimət göstərib.

Əməkdaşlar əməkhaqqının artırılmasını və istehsalat yükünün azaldılmasını tələb edirlər. Onların sözlərinə görə, istehsalat yükü onların sağlamlığına zərər verir. "İnsanlar onlarla robot kimi davranılmasından yorulublar", - həmkarlar ittifaqının təşkilat komitəsinin nümayəndəsi Al Çelli deyib. İşçilərin sözlərinə görə, Tesla rəhbərliyi əməkdaşların tapşırıqların icrasına nə qədər vaxt sərf etdiklərini müəyyən etmək üçün hətta kompüterdə klavişlərin basılmasını da izləyir.

Bundan əvvəl amerikalı sahibkar İlon Maskın şirkəti 2022-ci ilin dördüncü rübünün yekunlarına görə rekord gəlir əldə etdiyini açıqlamışdı. Bütünlükdə, ötən ilin yekunlarına görə, Tesla-nın xalis mənfəəti iki dəfə artaraq, 12,6 milyard dollar təşkil edib, mədaxil isə 51% artaraq, 81,5 milyard dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti