...

İsrail Türkiyə ilə həmrəydir və dəstək verməyə hazırdır - nazir

Dünya xəbərləri Materials 15 Fevral 2023 01:05 (UTC +04:00)

Bakı. Trend:

İsrailin xarici işlər naziri Eli Koen episentri Türkiyənin Kahramanmaraş vilayətində baş verən dağıdıcı zəlzələni “keçən əsrin ən böyük fəlakətlərindən biri” adlandırıb.

Trend-in məlumatına görə, Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında çıxış edən E.Koen Türkiyə xalqı ilə həmrəy olduğunu bildirib.

Onun sözlərinə görə, indiki səfəri həm də İsrailin Türkiyə ilə həmrəyliyinin göstəricisidir:

"Son bir ildə münasibətlərimiz həqiqətən də daha müsbət nöqtəyə çatıb. İsrail hökuməti və xalqı adından Türkiyəyə başsağlığı və dəstəyimi bildirirəm".

E.Koen vurğulayıb ki, humanitar fəaliyyətin siyasi sərhədləri yoxdur. "Bu çətin günlərdə Türkiyə və Türkiyə xalqı ilə həmrəy olmağa hazır olduğumu bir daha bildirirəm. Ehtiyacı olanlara kömək etməyə hazırıq. Mövcud problemlər həqiqətən çox böyük miqyaslıdır", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti