...

"Türkiyə, tək ürək" kampaniyası çərçivəsində toplanan vəsaitin həcmi 115 milyard lirəni ötüb

Dünya xəbərləri Materials 16 Fevral 2023 04:37 (UTC +04:00)
"Türkiyə, tək ürək" kampaniyası çərçivəsində toplanan vəsaitin həcmi 115 milyard lirəni ötüb

Bakı. Trend:

"Türkiyə, tək ürək" kampaniyası çərçivəsində toplanan vəsaitin həcmi 115 milyard lirəni ötüb.

Trend xəbər verir ki, hazırda toplnan vəsait 115 milyard 146 milyon 528 min lirə təşkil edir.

Qeyd edək ki, Azərbaycan və Türkiyə teleradio kanallarının “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində ortaq yayımı gedir. Yayım zamanı yığılan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti