...

Ən böyük beynəlxalq audit şirkətlərindən biri kütləvi ixtisar qərarı verib

Dünya xəbərləri Materials 16 Fevral 2023 13:42 (UTC +04:00)
Ən böyük beynəlxalq audit şirkətlərindən biri kütləvi ixtisar qərarı verib

Bakı. Trend:

Ən böyük beynəlxalq audit şirkətlərindən biri olan KPMG ABŞ-da iqtisadi problemlər səbəbindən konsaltinq xidmətinə tələbatın kəskin azalması ilə əlaqədar olaraq təqribən 700 əməkdaşını işdən çıxarmaq niyyətindədir.

Trend bu barədə "Financial Times" qəzetinə istinadən xəbər verir.

KPMG ABŞ-da ixtisarlar aparmaq qərarına gələn "Böyük Dördlük" beynəlxalq audit şirkətlərindən birincisidir. Buraya həmçinin Ernst & Young, Deloitte və PricewaterhouseCoopers şirkətləri də daxildir.

KPMG-nin son hesabatına əsasən, şirkətin ABŞ-dakı heyətinin sayı 2021-ci ilin sonlarında 35 min nəfəri keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti