Bakı. Trend:
İranda qəzaya uğrayan helikopterdə 12 sərnişin və 4 ekipaj heyəti olub.
Trend xəbər verir ki, qəzada nazirin müşaviri İsmayıl Əhmədi ölüb, 15 nəfər yaralanıb.
İranlı nazir beyin qanaxmasına görə Baft rayonundan Kirman şəhər xəstəxanasına aparılır.
***
17:20
İçərisində İranın idman naziri Seyid Həmid Səccadinin də olduğu helikopter ölkənin cənubunda Baft şəhərində eniş edərkən qəzaya uğrayıb.
Trend bu barədə IRNA agentliyinə istinadən xəbər verir.
Məlumata görə, helikopter eniş zamanı idarəetməni itirib. Nazirin stabil vəziyyətdə olduğu və digər sərnişinlərlə birlikdə yüngül zədələrlə xəstəxanaya çatdırıldığı deyilir.