...

ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin bu il üçün qiymət proqnozunu aşağı salıb

Dünya xəbərləri Materials 7 Mart 2023 22:31 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin bu il üçün qiymət proqnozunu aşağı salıb

Bakı. Trend:

ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozu - əvvəlki proqnozdakı 83,63 dollar/bareldən 82,95 dollara qədər salıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında qeyd olunub.

Nazirlik 2024-cü ildə "Brent" markalı neftin qiymətini əvvəlki proqnozda olduğu kimi 77,57 dollar/barel səviyyəsində gözləyir.

"WTI" markalı xam neftin qiyməti 2023-cü ildə 77,1 dollar/barel, 2024-cü ildə isə 71,57 dollar/barel səviyyəsində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti