...

Avropa Mərkəzi Bankı baza dərəcəsini 3,5%-ə qaldırıb

Dünya xəbərləri Materials 17 Mart 2023 03:38 (UTC +04:00)

Bakı. Trend:

Avropa Mərkəzi Bankının (AMB) Rəhbərlər Şurası 3 əsas faiz dərəcəsini 50 baza bəndi (b.b.) artırmağa qərar verib.

Trend xəbər verir ki, bu barədə AMB-nin press-relizində deyilir.

"Rəhbərlər Şurası AMB-nin 3 əsas faiz dərəcəsini 50 baza bəndi artırmaq qərarına gəlib", - deyə məlumatda bildirilir.

Beləliklə, baza faiz dərəcəsi 3,5%-ə, depozitlər üzrə dərəcə 3%-ə, AMB-nin qısamüddətli kreditləri üzrə dərəcəsi 3,75%-ə qədər artırılıb.

Xəbər lenti

Xəbər lenti