...

Bayden COVID-19-un mənşəyi ilə bağlı məxfi məlumatlarının açılması haqqında qanun imzaladı

Dünya xəbərləri Materials 21 Mart 2023 01:53 (UTC +04:00)
Bayden COVID-19-un mənşəyi ilə bağlı məxfi məlumatlarının açılması haqqında qanun imzaladı

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Konqres tərəfindən daha əvvəl təsdiqlənən qanun layihəsini imzalayıb. Sənədə əsasən, ABŞ kəşfiyyatı yeni koronavirusun mənşəyi ilə bağlı məlumatlarını məxfilikdən çıxarmalıdır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında bildirilib.

"Bazar ertəsi, 20 mart 2023-cü ildə Prezident qanunu imzaladı: Milli Kəşfiyyat direktorundan COVID-19-un mənşəyi ilə bağlı bəzi məlumatların məxfiliyini ləğv etməyi tələb edən S. 619, "2023-cü il tarixli COVID-19-un mənşəyi haqqında Qanun", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti