...

Netanyahu müdafiə nazirini istefaya göndərib

Dünya xəbərləri Materials 26 Mart 2023 22:18 (UTC +04:00)
Netanyahu müdafiə nazirini istefaya göndərib

Bakı. Trend:

İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Trend xəbər verir ki, bu barədə bazar günü baş nazirin mətbuat xidmətindən məlumat verilib.

"Baş nazir Binyamin Netanyahu bu gecə müdafiə naziri Yoav Qalantı tutduğu vəzifədən istefaya göndərmək qərarı qəbul edib", - deyə mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti