...

Türkiyədə zəlzələ baş verib

Dünya xəbərləri Materials 29 Mart 2023 21:01 (UTC +04:00)
Türkiyədə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin Adana şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Saimbeyli rayonunda, ocağı isə 9,38 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti