...

Türkiyənin fəlakət zonasında bir il ərzində 320 minə qədər ev tikiləcək - vitse-prezident

Dünya xəbərləri Materials 2 Aprel 2023 02:05 (UTC +04:00)
Türkiyənin fəlakət zonasında bir il ərzində 320 minə qədər ev tikiləcək - vitse-prezident

Bakı. Trend:

Türkiyə dövlət fevral ayında baş vermiş zəlzələlərin nəticələrini tez bir zamanda aradan qaldırmaq üçün əlindən gələni edir.

Trend xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, il ərzində 320 minə yaxın yaşayış obyekti tikilərək təbii fəlakət zonasının sakinlərinə təhvil veriləcək. Ümumilikdə, ölkənin cənub və cənub-şərqində 650 minə qədər ev tikilməsi nəzərdə tutulur. "

F.Oktay qeyd edib ki, fəlakət bitdikdən sonraən çətin dövr artıq geridə qlıb. "Bu gün biz ikinci mərhələdəyik. Çadır və modul düşərgələri daxil olmaqla, 3 milyona qədər vətəndaş müvəqqəti məskunlaşdırılıb", - deyə vitse-prezident bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti