...

Los-Ancelesdə atışma olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 2 Aprel 2023 08:10 (UTC +04:00)
Los-Ancelesdə atışma olub, ölən və yaralananlar var

Bakı. Trend:

ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) "Trader Joe’s" mağazasının yaxınlığında naməlum şəxs insanlara atəş açıb.

Trend xəbər verir ki, bu barədə şəhərin polis idarəsinə istinadən "NBC" telekanalı məlumat yayıb.

Məlumata əsasən, atışma nətcəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır və ya çox ağır kimi dəyərləndirilir.

Bildirilir ki, atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

İnsidentin səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti