Bakı. Trend:
Fransanın daxili kəşfiyyat xidməti terror aktı hazırlamaqda şübhəli bilinən 15 yaşlı yeniyetməni həbs edib.
Trend xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "The Local France" qəzeti məlumat yayıb.
Məlumata əsasən, yeniyetmə İŞİD ideologiyası adı altında terror aktı hazırlayırmış. Polislər onu ölkənin şimal-şərqindəki Yuxarı-Reyn departamentində saxlayıb.
Mənbənin sözlərinə görə, saxlanılan yeniyetmənin üzərində partlayıcı qurğuların hazırlanması üçün elementlər, habelə qadağan olunmuş terror təşkilatını təbliğ edən videogörüntülər aşkar edilib.