Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron ölkədə pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı kütləvi etirazlara səbəb olan qanun layihəsini imzalayıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, Fransanın Konstitusiya Şurası pensiya yaşının artırılması ilə bağlı qanunu parlamentin son səsverməsi olmadan təsdiqləndiyini bildirib.
Məlumata əsasən, Fransa Həmkarlar İttifaqı qanun layihəsinin Konstitusiya Şurası tərəfindən təsdiq edilməsinə baxmayaraq, işçiləri 1 May Əmək Günündə yürüşlərə çıxmağa çağırıb.
Qeyd edək ki, qanun layihəsinə etiraz edən vətəndaşlar cümə günü Fransanın paytaxtı Parisdə zibil qutularını və Renn şəhərində polis bölməsinin girişi yandıraraq etiraz aksiyaları keçirib.