...

Ekvador prezidenti xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 17 Aprel 2023 06:28 (UTC +04:00)
Ekvador prezidenti xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Ekvador prezidenti Gilyermo Lasso təcili xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi Ekvador prezidentinin administrasiyasının mətbuat xidmətindən bildirilib.

"Dünən beynəlxalq nəşrə verdiyi müsahibədən sonra qızdırması qalxıb və vəziyyəti pisləşib, o Kitodakı hərbi xəstəxanaya aparılıb. Həkimlər ona sidik yollarının infeksiyası diaqnozu qoyub və ona xəstəxanada həkim nəzarətində qalmağı və müalicə zamanı sakit olmağı tövsiyə ediblər", - deyə məlumatda bildirilir.

Bildirilir ki, xəstəliyə görə Ekvador prezidentinin aprelin 16 və 17-nə planlaşdırılan bütün görüşləri ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti