...

Rusiya, İran, Suriya və Türkiyə prezidentləri mayın əvvəlində görüşə bilər - Çavuşoğlu

Dünya xəbərləri Materials 25 Aprel 2023 00:15 (UTC +04:00)
Rusiya, İran, Suriya və Türkiyə prezidentləri mayın əvvəlində görüşə bilər - Çavuşoğlu

Bakı. Trend:

Rusiya, İran, Suriya və Türkiyə prezidentlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına həsr olunmuş görüşü mayın əvvəlində baş tuta bilər.

Trend xəbər verir ki, bunu "100TV" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Türkiyədə seçkilərə çox yaxın olan may tarixləri ilə bağlı təkliflər var. Mayın əvvəlində təklif olmuşdu, amma hələ razılaşdırılmayıb, çünki İran prezidenti Suriyaya gedir. Hazırda görüşün keçiriləcəyi tarix üzərində işləyirik", - deyə nazir bildirib.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Misir prezidenti Əbdülfəttah əs-Sisinin görüşünün mümkünlüyündən danışan XİN rəhbəri belə bir görüşün mayın 14-də keçiriləcək seçkilərdən sonra keçirilə biləcəyini qeyd edib. Ankaranın seçkilər öncəsi R.T.Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında danışıqlara ümid edib-etməməsi ilə bağlı aydınlaşdırıcı suala M.Çavuşoğlu müsbət cavab verib.

Eyni zamanda, Türkiyə XİN rəhbəri qeyd edib ki, Türkiyə ordusunu Suriyadan çıxarmağı planlaşdırmır. "Bu yerləri tərk etsək, terror təşkilatları bu boşluqları dolduracaq. Milli təhlükəsizliyimiz hər şeydən önəmlidir. Bizim Suriya ərazisinə heç bir iddiamız yoxdur", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti