Bakı. Trend:
Türkiyə polisi tərəfindən Diyarbəkirin 21 vilayətində keçirilən terror əməliyyatı nəticəsində 110 terrorist zərərsizləşdirilib.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Diyarbəkirin 21 vilayətində terror təşkilatı PKK-nı maliyyələşdirən, hüquqi dəstək verən, təbliğat aparan və 60-a yaxın küçə nümayişi keçirənlərə qarşı Türkiyə polisi əməliyyat təşkil edib. Əməliyyat zamanı 110 şübhəli saxlanılıb. Saxlanılanlar arasında dörd ailənin uşağını qaçıran şübhəlilər də var. Əməliyyatlar davam edir.
Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.