...

Ərdoğanla Putin arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 27 Aprel 2023 17:55 (UTC +04:00)

Bakı. Trend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Vladimir Putinə Akkuyu Atom Elektrik Stansiyasına göstərdiyi dəstəyə görə təşəkkür edib.

Məlumata əsasən, prezidentlər Türkiyə-Rusiya münasibətləri və regional məsələlərlə yanaşı taxıl dəhlizi sazişi ilə bağlı müzakirələr aparıb.

Görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.

Qeyd edək ki, AES-ə yanacaq yüklənməsi ilə Türkiyə nüvə enerjisi olan ölkə statusu alacaq.

Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Xəbər lenti

Xəbər lenti