...

İsveç parlamenti terrorla mübarizə qanununu təsdiq edib

Dünya xəbərləri Materials 4 May 2023 05:38 (UTC +04:00)
İsveç parlamenti terrorla mübarizə qanununu təsdiq edib

Bakı. Trend:

İsveç parlamenti terrorla mübarizə qanununu təsdiq edib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyənin İsveçdən NATO-ya üzvlük üçün daha sərt anti-terror tədbirləri görmək tələbinə uyğun olaraq, İsveç parlamenti terrorizmlə mübarizə üzrə yeni cinayət məcəlləsi layihəsini təsdiqləyib.

İsveç parlamentində keçirilən səsvermədə terror təşkilatının fəaliyyətini təşviq edən, gücləndirən və ya dəstəkləyən şəxslərə maksimum dörd il həbs cəzası nəzərdə tutan qanun layihəsi 34 əleyhinə 268 səslə qəbul edilib.

İyunun 1-dən qüvvəyə minəcək qanunda vəziyyəti ağırlaşdıran hallar olduqda minimum iki, maksimum səkkiz il həbs cəzası veriləcək, terror təşkilatlarını maliyyələşdirən və ya dəstəkləyən şəxslərin tutulması və mühakimə olunması üçün səlahiyyətlər genişləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti