Bakı. Trend:
Bu gün Böyük Britaniyanın Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.
Trend xəbər verir ki, III Çarlz rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub.
Qeyd edək ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarxdır. Böyük Britaniyada sonuncu dəfə tacqoyma mərasimi 1952-ci ildə baş tutub - həmin vaxt Kraliça II Elizabet taxta çıxıb.