...

İmran Xan barədə məhkəmə qərar verdi

Dünya xəbərləri Materials 11 May 2023 17:40 (UTC +04:00)
İmran Xan barədə məhkəmə qərar verdi

Bakı. Trend:

İki gün əvvəl - mayın 9-da həbs olunan Pakistanın keçmiş baş naziri İmran Xan barədə xəbər var.

Trend xəbər verir ki, Pakistanın Ali Məhkəməsi ölkədə iki gün davam edən kütləvi etirazlardan sonra keçmiş baş nazir İmran Xanın həbsini qanunsuz hesab edib.

Qeyd edək ki, sabiq baş nazir İ.Xanın rəhbərlik etdiyi hökumət dövründə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılması üçün adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi almaqda ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti