...

İmran Xan azadlığa buraxıldı

Dünya xəbərləri Materials 12 May 2023 15:03 (UTC +04:00)
İmran Xan azadlığa buraxıldı

Bakı. Trend:

Pakistanın keçmiş Baş naziri İmran Xan azadlığa buraxılıb.

Trend xəbər verir ki, onun girov qarşılığında 2 həftəlik azadlığa buraxılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, İmran Xan mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş Baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.

Xatırladaq ki, sabiq Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.

Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti