...

Tramp ABŞ-da tornado təhlükəsi səbəbindən Ayova ştatındakı mitinqini təxirə salıb

Dünya xəbərləri Materials 14 May 2023 03:52 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tornado təhlükəsi ilə əlaqədar Ayova ştatında şənbə günü keçirilən mitinqi ləğv edib.

Trend-in məlumatına görə, bu bağlı D.Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Təəssüf ki, De-Moynedə tornado təhlükəsi səbəbindən bugünkü mitinqi ləğv etmək məcburiyyətindəyik", - deyə paylaşımda bildirilib.

Onun sözlərinə görə, Florida ştatının Palm-Biç şəhərindən Ayovaya uçmazdan əvvəl yerli hakimiyyət ondan tədbiri “ləğv etməyi və ya başqa vaxta keçirməyi” xahiş edib.

Xəbər lenti

Xəbər lenti