Bakı. Trend:
“Rusiya bizə vəd etdiyi və pulunu ödədiyimiz silahları verməyib".
Trend xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
Onun sözlərinə görə, silahların əldə olunması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, daha əvvəl ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Rusiyanın vəd verdiyi silahların Ermənistana çatmadığını bildirmişdi.