...

Pakistan polislər keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıblar

Dünya xəbərləri Materials 17 May 2023 21:26 (UTC +04:00)
Pakistan polislər keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıblar

Bakı. Trend:

Pakistan polislər keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıblar.

Trend xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.

Polislərin sözlərinə görə, İ.Xan öz evində korrupsiya ittihamı ilə həbsinə qarşı ötən həftə etiraz aksiyaları keçirən insanlara sığınacaq verib.

Qeyd edək ki, mayın 11-də Pakistanın Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz hesab edib və onun həbsdən azad edilməsinə göstəriş verib. Mayın 12-də İmran Xan məhkəmə binasını tərk edərək evinə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti