...

Rusiya FHN Moskvada Müdafiə Nazirliyinin binasında yanğın olmadığını bildirib

Dünya xəbərləri Materials 25 May 2023 03:39 (UTC +04:00)
Rusiya FHN Moskvada Müdafiə Nazirliyinin binasında yanğın olmadığını bildirib

Bakı. Trend:

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada Müdafiə Nazirliyinin binasında yanğını aşkar etməyib.

Trend xəbər verir ki, bu barədə Rusiya FHN-in Moskva üzrə Baş İdarəsindən jurnalistlərə bildiriblər.

"Yanğınsöndürənlər gəldikdən sonra yanğın aşkar olunmadığından yanğın faktı təsdiqini tapmayıb. Eyni zamanda, xəsarət alanlar barədə də məlumat verilməyib", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, daha əvvəl Moskvada Rusiya Müdafiə Nazirliyinin binasında yanğın olduğu barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti