Bakı. Trend:
“Shenzhou-16” insanlı kosmik gəmisinin buraxılmasından sonra yer orbitində insan sayında yeni bir rekord qeydə alınıb.
Trend-in məlumatına görə, hazırda orbitdə 17 nəfər var. Onlardan 6-sı Çin, 3-ü Rusiya, 5-i Amerika, 2-si Səudiyyə Ərəbistanı, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. Orbitdəki insanların sayına görə əvvəlki rekord 16 sentyabr 2021-ci ildə qeydə alınmışdı. O zaman orbitdə eyni anda 14 nəfər var idi.
Çin İnsanlı Kosmik Uçuş Proqramlaşdırma Təşkilatı (CMSA) bildirib ki, “Long March 2F” raketi “Shenzhou-16” missiyası üçün Pekin vaxtı ilə səhər saat 9:31-də Çinin şimalındakı “Jiuquan” kosmik bazasından buraxılıb. Təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən ayrılaraq hədəf orbitinə daxil olub. “Shenzhou-15” ekspedisiyasının üzvləri iyulun əvvəlində Yerə qayıdacaqlar.