...

Türkiyənin yeni XİN rəhbəri görəcəyi işləri açıqlayıb

Dünya xəbərləri Materials 5 İyun 2023 13:01 (UTC +04:00)
Türkiyənin yeni XİN rəhbəri görəcəyi işləri açıqlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin xarici siyasətdə gücünü artırmağa davam edəcəyəm.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan deyib.

"Dövlətimizin və millətimizin bütövlüyü üçün hər cür dəstəyi göstərəcəyik. Türkiyənin Milli Kəşfiyyat İdarəsində (MİT) 13 il xidmət göstərdikdən sonra Xarici İşlər Nazirliyinə təyin olunduğum üçün Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm", - deyə o bildirib.

Qeyd edək ki, 3 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Yeni kabinetdə xarici işlər naziri postunda Mövlud Çavuşoğlunu Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan əvəzləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti