Bakı. Trend:
Astanada Kaspi bankında insanları girov saxlayan şəxsi saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyindən bildirilib.
"Kaspi" bank binasında uğurlu əməliyyat keçirilib. Bütün girovlar azad edildi! Polisin basqınından sonra girovlar azad edilib. Bütün işçilər binadan çıxarılıb. Girov saxlayan şəxs zərərsizləşdirilib", - deyə nazirlikdən bildirilib.
Nazirlik qeyd edib ki, girov saxlanan şəxslərdən heç biri və cinayətkar xəsarət almayıb.