...

Lukaşenko "Vaqner"in rəhbəri Priqojinlə danışıqlar aparıb

Dünya xəbərləri Materials 24 İyun 2023 21:25 (UTC +04:00)

Bakı. Trend:

Bu gün səhər Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarına özəl hərbi şirkət “Vaqner”lə bağlı məlumat verib.

Trend xəbər verir ki, iki dövlətin başçıları birgə fəaliyyətlə bağlı razılığa gəliblər.

Əldə olunan razılaşmaların davamı olaraq, Belarus prezidenti öz rabitə kanalları vasitəsilə vəziyyətlə bağlı əlavə məlumat əldə edərək, Rusiya prezidentinin razılığı ilə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

Danışıqlar bütün gün davam etdi və Rusiya ərazisində qanlı münaqişənin başlanmasının yolverilməzliyi barədə razılaşmaya gətirib çıxardı. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” silahlı qüvvələrinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq təklifi ilə razılaşıb.

Hazırda masada “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyətin sərfəli və məqbul bir həlli var.

Xəbər lenti

Xəbər lenti