...

Makronla “Uber” şirkəti arasında gizli sövdələşmə ORTAYA ÇIXDI

Dünya xəbərləri Materials 18 İyul 2023 14:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makronla ABŞ-ın “Uber” şirkəti arasında gizli sövdələşmənin üstü açılıb.

Trend xəbər verir ki, bu barədə Fransa parlamenti komissiyasının hesabatında məlumata rast gəlinir.

Məlumada qeyd edilir ki, “Uber” Fransa hökumətində ən yüksək səviyyədə özünə müttəfiqlər tapıb. Bildirilib ki, bu, E.Makron və onun kabinetinin üzvləri arasında qeyri-şəffaf, ancaq imtiyazlı əlaqənin göstəricisi sayılır. Məlumata görə, şirkətlə əməkdaşlığa dair qərarlar dövlət səviyyəsində şəxsi maraqlar baxımından aparılıb. Orada E.Makronun Fransanın iqtisadiyyat naziri olduğu dövrdə “Uber”lə bağladığı gizli sövdələşmə sayəsində şirkətin sürücüləri üçün təlim saatlarını 250-dən 7-yə endirdiyi barədə hissəyə də rast gəlinir

Xatırladaq ki, "Uber" ABŞ-ın taksi xidməti göstərən dünyaca məşhur şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti